Prezidentin cənazə mərasimində 4-ü uşaq olmaqla 5 nəfər öldü

Tanzaniyada martın 17-də vəfat etmiş keçmiş prezident Con Maqufulinin cənazə mərasimində yaşanan izdihamda 5 nəfər ölüb.
 
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, televiziyalarda canlı yayımlanan, on minlərlə tanzaniyalının iştirak etdiyi mərasim paytaxt Dodomada yerləşən Camhuri stadionunda keçirilib.
 
Keniya, Malavi, Komorlar Birliyi, Mozambik, Zimbabve, Zambiya, Namibiya, Botsvana, Cənubi Afrika Respublikası, Ruanda, Burundi, Angola və Konqo Demokratik Respublikasından gələn yüksək səviyyəli şəxslərin və liderlərin iştirak etdiyi mərasimdə 5 nəfər vəfat edib. Məlumata görə onlardan 4 nəfəri 7-12 yaş arasında olan uşaqlardır.
 
Rəsmi məlumatda bildirilir ki, Maqufulinim cənazəsi həftə ərzində bir neçə şəhərdə dolaşdırılacaq və martın 26-da doğulduğu Çato şəhərində dəfn olunacaq.
 
Xatırladaq ki, Tanzaniyanın keçmiş prezidenti Con Maqufuli martın 17-də 61 yaşında vəfat edib. Rəsmi məlumata görə o, son 10 ildə əziyyət çəkdiyi ürək xəstəliyindən ölüb.
 
Lakin bir çoxları onun koronavirusdan öldüyünü hesab edir. Belə ki, martın 8-də müxalifət lideri Tundi Lisu prezidentin COVID-19-a yoluxma ilə əlaqədar xəstəxanaya yerləşdirildiyini xəbər vermişdi.
 
Maqufuli nəinki Tanzaniyada koronavirusun olmadığını deyirdi, həmçinin yerli mediaya hökumətin razılığı olmadan pandemiya mövzusunu işıqlandırmağı qadağan etmişdi.
 
O, koronavirus barədə birbaşa danışmırdı, ancaq respirator xəstəliyi ilə bağlı üç gün dua etməyə çağırmışdı. Bundan başqa o, lokdaun tətbiq etməyəcəyini demişdi, vaksin alınması da planlaşdırmırdı.
 
Kosntitusiyaya əsasən, Maqufilinin qalan müddətində ölkəyə vitse-prezident S.Həsən rəhbərlik edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}