Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artmaqdadır

 

Türkiyədə son sutka ərzində 102 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 20 min 428 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 13 min 122, pandemiya qurbanlarının sayı isə 30 min 61 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 milyon 825 min 187 pasiyent (son sutkada 17 min 615 nəfər) sağalaraq evə buraxılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}