Almaniyada minlərlə insan sərt karantinə etiraz ediblər
Almaniyanın Berlin şəhərində minlərlə insanın iştirakı ilə icazəsiz aksiya keçirilib.
Şəffaflıq.az xəbər verir ki, vətəndaşlar “COVID 19” tədbirlərinə etiraz ediblər.
Aksiyada əksər insanlar maska və məsafə qaydalarına riayyət etməyib, bu da polisin güc tətbiq etməsi ilə nəticələnib. Vətəndaşlara qarşı gözyaşardıcı qaz, dəyənəklər və su toplarından istifadə edilib.
Nümayişçilər polisə şüşə atıblar və jurnalistlərə hücum ediblər.
Onlar daha sonra polisin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb. Xeyli sayda saxlanılanların olduğu açıqlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş