Bayden qaçqınlara səsləndi: “Bura gəlməyin”
ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Meksika sərhədində qanunsuz immiqrasiya böhranı ilə bağlı sualları cavablandırıb.
Şəffaflıq.az bildirir ki, bu barədə o, Pensilvaniya ştatına səfəri zamanı “ABC News”a müsahibə verib:
“Mən açıq şəkildə immiqrantlara bu mesajı verə bilərəm: buraya gəlməyin. Şəhərinizi, qəsəbənizi və ya cəmiyyətinizi tərk etməyin”.
Bayden ölkəyə gələn bir çox qeyri-qanuni immiqrantı geri göndərdiklərini bildirib.
ABŞ lideri Meksika sərhədindəki vəziyyətin pisləşmə ehtimalını istisna etməyib.
Xəbəri paylaş
Facebook-da paylaş