“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilir
“Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 8.2-ci maddəsində “əməkhaqqı” sözünün “vəzifə maaşı” sözü ilə əvəz edilməsi təklif edilir.
Şəffaflıq.az xəbər verir ki, bir çox normativ hüquqi aktlarda vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar ödəniləcək pul məbləği əməkhaqqı sözləri ilə ifadə olunurdu. Belə ki, əməkhaqqı iş stajının müddətindən asılı olaraq fərqli olur.
“Vəzifə maaşı” isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.
Hazırda bir sıra normativ hüquqi aktlarda “əməkhaqqı” ifadəsi “vəzifə maaşı” ifadəsiylə əvəz edilib. Layihədə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun təkmilləşdirilməsidir.
Facebook-da paylaş