ABŞ-da "Facebook"la bağlı istintaq başladıldı
ABŞ-da "Facebook" şirkəti ilə bağlı istintaq başladılıb.
Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, məşğulluq məsələlərindən məsul olan dövlət qurumunun tələbi ilə şirkətlə bağlı araşdırmalara başlanılıb.
Səbəb kimi "Facebook"un işçilərə münasibəti göstərilir. Belə ki, şirkətin işə qəbul müsahibələrində və işçilərə maaşdan əlavə pul mükafatları verilməsi zamanı irqçi yanaşma tətbiq etdiyi iddia olunub. Araşdırmaların yekunlaşmasından sonra hüquqi tədbirlər görüləcəyi bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş