Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir

 

Yaxın vaxtlarda dünya iqtisadiyyatı ən mühüm nemətlərinin birinin qıtlığı ilə üzləşə bilər.


Şəffaflıq.az xəbər verir ki, sudan sonra ən çox tələbat doğuran qum Yer kürəsində tükənmək üzrədir. Yol, körpü, bina tikintisində ən mühüm material olan qum həmçinin şüşə, silisium çiplər vэ s. istehsalında da geniş istifadə olunur. Məsələn, bir ton sement istehsal etmək üçün 10 ton qum sərf edilir. Nəticədə təkcə tikinti sektorunda dünya boyu 40-50 milyard ton qum istehlak olunur.

Ekspertlərin qənaətincə, qum qıtlığı XXI əsrin ən böyük problemlərindən birinə çevrilə bilər. “Qumun da tükənə biləcəyi ağlımıza da gəlməzdi, amma artıq bəzi yerlərdə bunu müşahidə edirik”, – deyə BMT-nin iqlim eksperti Paskal Peduzzi qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}