Koronavirusa “əbədi” yoluxma halları aşkarlanıb
Həkimlər koronavirusa “əbədi” yoluxma hallarını müəyyən ediblər - leykoz daşıyıcılarının bədənində virus izləri altı aydan çox müddətdə qeydə alınıb.
Şəffaflıq.az bildirir ki, bu barədə “medRxiv” portalı xəbər verir.
Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları virus izlərinin üç xəstənin orqanizmində altı aydan çox qaldığını müəyyənləşdiriblər. Onlardan biri gənc, digərləri isə məktəbəqədər yaşda olan oğlan və qızdır.
İmmunitet sistemi zəif olan insanların koronavirus infeksiyasına qarşı çox həssas olduqları qeyd edilir.
Daha əvvəl amerikalı alimlər II qan qrupundan olan insanlarda koronavirus infeksiyası riskinin daha yüksək olduğunu aşkarlayıblar.
Xəbəri paylaş
Facebook-da paylaş