Bu ay hökumət deputatlara hesabat verəcək

 

Bu ay Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verməsi gözlənilir.

Bu barədə Şəffaflıq.az “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanununa istinadən xəbər verir.

Həmin konstitusiya qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında özünün fəaliyyəti haqqında hesabat verir.

Bu, bir qayda olaraq mart ayına təsadüf edir. Ötən il isə Nazirlər Kabineti pandemiya səbəbindən aprel ayında hesabat vermişdi.
Hesabatı baş nazir təqdim edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}