Dünyada koronavirusla bağlı SON STATİSTİKA


 

Dünyada 112 651 951 nəfərdə koronavirus aşkarlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Beynəlxalq statistikada qeyd olunur.

Virusdan 2 496 716 xəstə ölüb, 88 239 539 nəfər sağalıb.

Avropada 33 380 466, Şimali Amerikada 33 137 758, Asiyada 24 640 921, Cənubi Amerikada 17 569 076, Afrikada isə 3 872 085 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (28 897 718 nəfər), Hindistan (11 030 176 nəfər), Braziliya (10 260 621), Rusiya (4 189 153 nəfər) və Böyük Britaniyadır (4 134 639 nəfər).

Doqquzuncu sırada olan Türkiyədə 2 655 633, İranda 1 590 605, Gürcüstanda 268 995, Ermənistanda isə 170 672 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (84 047 nəfər), İranda (59 663 nəfər) və Türkiyədədir (28 213 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 233 424 nəfərin 3 204-ü ölüb, 228 012-si sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}