Alimlər havalar isindikcə koronavirusun aktivliyinin azalacağını ehtimal edir
Alimlər havanın temperaturu artdıqca COVID-19-un aktivliyinin azalacağı fikrindədirlər.
Şəffaflıq.az “MedicForum”-a istinadən məlumat verir ki, amerikalı tədqiqatçılar apardıqları araşdırmalar nəticəsində bu fikrə gəliblər.
Müəyyən edilib ki, “SARS-CoV-2” adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə uyğun gəlir. Buunla da yazda koronavirusun aktivliyinin azalacağı, hətta, tamamilə yox olacağı ehtimalı gündəmə gəlib.
Rəqəmlər göstərir ki, ətrafdakı temperatur bir dərəcə artdığı təqdirdə virusun aktivliyi də o qədər azalır. Temperaturun bir dərəcə aşağı düşməsi isə yoluxmanın sürətini təxminən dörd faiz yüksəldir.
Xəbəri paylaş
Facebook-da paylaş