Lavrovla Con Kerri arasında telefon danışığı olub
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov, ABŞ-ın yeni rəhbərliyinin uzunmüddətli iqlim tənzimlənməsi üçün möhkəm beynəlxalq hüquqi zəmin yaradan çoxtərəfli əsas razılaşmaya qayıtmaq niyyətini məmnuniyyətlə qarşıladı.
Tərəflər ətraf mühit, iqtisadi, sosial, siyasi amillər və istisnasız olaraq bütün ölkələrin maraqları nəzərə alınmaqla, iqlim məsələlərində geniş beynəlxalq əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.
Xəbəri paylaş
Facebook-da paylaş