Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanı islamofobiyada ittiham etdi

 

“Qərb dünyası zəhərli bir sarmaşıq kimi gündən-günə böyüyən bu təhdid qarşısında qabaqlayıcı tədbir görməməkdə israr edir. Müsəlmanların müqəddəs dəyərlərinə edilən hücumlar görməzdən gəlinir”.

Şəffaflıq.az “Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyənin uğurları bəzilərini narahat edir:

“Avropada koronavirus pandemiyası ilə yanaşı, getdikcə daha çox ortaya çıxan türk və müsəlman düşmənliyinin səbəbi budur.


Neonasist terrorundan müsəlmanlarla yanaşı, digər dini dünyagörüşə malik olanlar da əziyyət çəkir. İsveçdə Quranın yandırılması, Norveçdə Quranın cırılması müqəddəslərə yönəlmiş hücumlardan bir neçəsidir”.

Dövlət başçısı vurğulayıb ki, eyni zamanda Avropa İslamı, Fransa İslamı kimi layihələrlə müsəlmanlar ikitərəfli mühasirəyə alınır:

“Bu, bir assimilyasiya layihəsidir. Getdikcə kütləviləşən bu layihəyə qarşı birlikdə mübarizə aparmağımız şərtdir”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}