Böyük Britaniyaya gələnlər iki həftəlik karantinə alınacaqlar-ölkədə situasiya fəlakətli hala gələ bilər


 

Bu ilin fevral ayının 15-dən Böyük Britaniyaya gələcək xarici vətəndaşlar iki həftəlik karantinlə üzləşməli olacaqlar.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, koronavirusun yeni ştammının ocağına çevrilən ada dövləti bununla vəziyyətin fəlakətli həddə çatmasının qarşısını almağa çalışır. Hazırda ölkəyə yalnız yerli vətəndaşlar və ya yaşamaq hüququ olanlar girə bilirlər.

Rəsmi London yüksək riskli “qara siyahı”da olan ölkələrdən gələnləri xüsusi “COVİD otel”lərdə yerləşdirməyi planlayır. Həmin otellərin ölkənin hava limanlarından bir qədər kənarda təşkil olunması nəzərdə tutulur.


Bu cür “qonaq evləri” həftədə 1000 nəfər əcnəbi və ya yerli vətəndaşı qəbul edəcək və burada qalmaq hər bir insana gündə 80 funta başa gələcək.

Böyük Britaniyanın qara siyahısında Cənubi Amerikanın bütün ölkələri, habelə Portuqaliya, Cənubi Afrika və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 33 dövlət yer alıb. Onların hər biri artıq koronavirusun yeni ştammı ilə tanış olublar.

Böyük Britaniyanın səhiyyə nazirinin müavini Nadim Zahavi “Sky News” kanalına verdiyi açıqlamada britaniyalı alimlərin dünyada koronavirusun 4 min mutasiyasını aşkar etdiklərini söyləyib. “Bununla bağlı bütün peyvənd istehsalıçıları, Pfizer/BioNTech, Moderna, Oxford/AstraZeneca təhqiqat aparırlar. Lakin biz istənilən varianta hazırıq”,-deyə o qeyd edib.

Xatırladaq ki, Böyük Britaniyada bu il artıq üçüncü dəfə ümummilli lokdaun elan olunub. Ölkədə 4 milyon yoluxma, 110 min ölüm halı qeydə alınıb. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}