Azərbaycan əsilli mütəxəssis ABŞ bankında direktor təyin olunub

 

Azərbaycan əsilli maliyyə mütəxəssisi Hüseyn Əliyev ABŞ-ın “Morqan Stenli” bankında rəhbər vəzifəyə təyin olunub.

Şəffaflıq.az xəbər verir ki, o, nüfuzlu investisiya bankı olan və nümayəndəliyi Almaniyanın Frankfurt şəhərində yerləşən “Morqan Stenli”də likvidliyə nəzarət üzrə direktor təyin olunub.

Onu da bildirək ki, Huseyn Əliyev daha əvvəl ABŞ-ın “Qoldman Saks” bankının nümayəndəliyində xəzinə likvidliyi üzrə baş mütəxəssis vəzifəsində işləyib.

Qeyd edək ki, “Morqan Stenli” mərkəzi ABŞ-ın Nyu-York şəhərində yerləşən investisiya bankıdır.


 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}