Azərbaycanda daha 131 nəfərdə koronavirus aşkarlanıb

 

Azərbaycanda son sutkada koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 066 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib. Hazırda 3 980 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 244, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}