Pentaqon Almaniyadan ordunun çıxarılması planına yenidən baxacaq - Con Kirbi açıqladı


 

Pentaqonun yeni rəhbərliyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) əvvəlki administrasiyasının hərbçilərinin əhəmiyyətli hissəsinin Almaniyadan çıxarılması barədə qərarına öz qiymətini vermək niyyətindədir. Bu barədə yanvarın 28-də jurnalistlərə müdafiə idarəsinin mətbuat katibi Con Kirbi bəyan edib.

Onun sözlərinə görə, yanvarın 27-də ABŞ müdafiə naziri Lloyd Ostnlə onun Almaniyalı həmkarı Anneqret Kramp-Karrendbauer arasında söhbət olub. Söhbətin gedişində bu məsələ qaldırılıb.

«Ostin aydın işarə edib ki, hərbçilərin yerləşdirilməsinə qlobal maraqları nəzər salmaq istəyir. Biz Avropa bölgəsinə baxacağıq və ordunun Almaniyadan çıxarılmasına ABŞ SQ nöqteyi-nəzərincə və bölgədəki strategiyamız baxımından bir daha qiymət verəcəyik» - Kirbi bildirib.

O, qeyd edib ki, son qərar ABŞ-ın milli təhlükəsizliyi maraqlarından çıxış etməklə və onun açar müttəfiqi olan Almaniyanın istəkləri nəzərə alınmaqla qəbul olunacaq.

ABŞ-ın sabiq müdafiə naziri Mark Esper 2020-ci il iyulun 20-də elan edib ki, Almaniyadan 11,9 min hərbçi çıxarılacaq. Onun sözlərinə görə, onların təxminən 6,4 min nəfəri vətənə qayıdacaq, 5,6 min nəfərə yaxını isə İtaliyada və Belçikada yerləşdiriləcək. Bu zaman Almaniyada maksimum 25 min ABŞ əsgəri və zabiti qalacaq.

Belə plana hazırlığın getməsi barədə iyunun ortalarında keçmiş ABŞ prezidenti Donald Tramp xəbərdarlıq emişdi. O, dəfələrlə Almaniyanı NATO-nun büdcəsinə yetərincə vəsait ayırmamaqda ittiham edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}