Avropada əhali sayına görə ən çox COVID-19 xəstəsi olan ölkə açıqlanıb


 

Əhalisi 10.71 milyon olan Çex Respublikası Avropa İttifaqında (Aİ) son iki həftədə respublika sakinlərinin sayı baxımından koronavirusa yoluxmanın ən yüksək olduğu dövlətdir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Respublikada hər 100 min əhaliyə 1 513 yeni koronavirus xəstəsi düşür.

100 min vətəndaşa düşən 1 253 infeksiya ilə ikinci yeri İrlandiya, üçüncü yeri 1 171 infeksiya ilə Sloveniya tutub.

Çex Respublikası həm də COVID-19-dan ən yüksək ölüm nisbətinə sahib dörd Aİ ölkəsindən biridir.

Respublikada son iki həftə ərzində hər 100 min əhaliyə 199 nəfər ölüb. Son 14 gündə ölüm sayı baxımından qitədə üçüncü yerdə olan qonşu Slovakiyada bu göstərici 207-yə bərabərdir.

Çex Respublikasında koronavirus epidemiyası dövründə yoluxmuş insanların ümumi sayı 883 906 olub.

COVID-19 diaqnozu ilə bu müddət ərzində ölkənin 14 215 sakini ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}