Napoleonun öldüyü otağın açarı 112 min ABŞ dollarına satıldı


 

Fransa imperatoru Napoleon Bonapartın Müqəddəs Yelena adasında sürgündə olduğu zaman öldüyü otağın açarı “Sotheby's” ticarət şəbəkəsində təxminən 112 min ABŞ dollarına satılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə hərrac evinin saytında bildirilib.

Açarla birlikdə "Lonqvudedə Napoleonun öldüyü və mənim qaladan şəxsən çıxardığım açar. Ç.R. Foks, Müqəddəs Yelena, 6 sentyabr, 1822-ci il" yazısının olduğu zərf də satılıb.

Açar Şotlandiyada evlərdən birində çemodanda aşkarlanıb. Britaniya KİV-in məlumatına görə, açarın məxsus olduğu ailə onun mövcudluğu haqqında bilib, amma onun yerini tapa bilməyib.

Daha əvvəl açarın sahibi britaniyalı hərbçi Çarlz Riçard Foksun Napoleona pərəstiş edən anası olub. Açarı Şotlandiyaya məhz hərbçi gətirib və anasına hədiyyə edib.

Açarın ilkin qiyməti 4-7 min ABŞ dolları təşkil edib, beləliklə o, demək olar, 16 dəfə baha qiymətə satılıb.

Qeyd edək ki, Napoleon Bonapart 5 may 1821-ci ildə Müqəddəs Yelena adasında ölüb. O, həyatının son illərini Britaniyanın Atlantika adasında keçirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}