Avstriyanın Əmək naziri plagiat dissertasiya ittihamına görə istefaya getdi

 

Avstriyanın Əmək, ailələr və gənclər naziri Kristine Aşbaxer vəzifəsindən istefa verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinə istinadən TASS bildirib.

Qeyd edilir ki, buna səbəb ona qarşı irəli sürülən plagiat dissertasiya ittihamlarıdır.

"Ailəm və mən görürük ki, KİV, siyasi opponentlər mənə ədalətli yoxlama prosesi aparmağa imkan vermir və məni tələsik ağlasığmaz surətdə ittiham edirlər. Bu səbəbdən vəzifəmdən istefa verirəm", - Aşbaxer bildirib.

Aşbaxer barəsində plagiatlıq ittihamlarını müstəqil ekspert irəli sürüb. O iddia edir ki, Aşbaxerin dissertasiya işinin xüsusi hissələri konkret istinadlar olmadan köçürülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}