Astroloqdan 2021-ci il ilə bağlı şok siyasi proqnozlar: “Devalvasiya, həbs olunacaq məmurlar...”
Tanınmış astroloq Səbuhi Rəhimli öz “YouTube” kanalında 2021-ci il üçün dünya və Azərbaycanda baş verə biləcək siyasi proqnozlarını açıqlayıb.
Şəffaflıq.az Musavat.com-a istinadən bildirir ki, astroloq Azərbaycan üçün 8 proqnoz verib:
1. İl ərzində Azərbaycanda heç bir növbədənkənar seçki olmayacaq.
2. Məmuriyyətin ciddi kəsimi yenilənəcək. Bu il cəzalandırılan məmurların sırasında daha çox hüquq-mühafizə orqanlarının əməkdaşları olacaq.
3. İlin ilk 4 ayında ölkəmizdə hər hansı devalvasiya ehtimalı yoxdur.
4. Xırda antiterror əməliyyatları nəzərə almasaq, Qarabağda müharibə olmayacaq.
5. Nə Rusiya, nə də Türkiyə Azərbaycanda hərbi baza qura bilməyəcək.
6. Fevral-may ayları aralığında və payızın ortalarında Azərbaycanda siyasi gərginlik özünü göstərəcək.
7. Azərbaycanla Ermənistan arasında ilk iqtisadi əməkdaşlığa zəmin yaranacaq.
8. İl ərzində daha çox ürək-damar və dəri xəstəlikləri aktiv olacaq”.
Digər proqnozlar isə dünyada baş verəcək hadisələr ilə bağlıdır:
9. Payıza qədər dünyada böyük hərbi qarşıdurmalar olmayacaq, konfliktlər təhdiddən kənara çıxmayacaq.
10. Co Baydenin siyasi kursu mart ayının ortalarında özünü göstərməyə başlayacaq. O, dünya düzəninə bu günə qədər olmayan fərqli çalar gətirəcək.
11. Rusiya son 8 ilin ən ağır dövrünü yaşayacaq. Vladimr Putinin öz hakimiyyətini qoruması çətin olacaq.
12. Avropa Öküz ilini iqtisadi fəlakət və siyasi enişlə başa vuracaq.
13. Latın Amerikası və Şimali Afrika ölkələrində, həmçinin Çində böyük siyasi qarşıdurmalara şahid olacağıq.
14. Əgər fevralın ortasına qədər Nikol Paşinyan hakimiyyətini qoruya bilsə, ilin sonuna qədər istefaya getməyəcək. Yəni hakimiyyətini qorumağı bacaracaq. O, yanvar və fevralın ilk yarısı hər an istefaya göndərilə bilər. Bu dövrü keçəndən sonra onun istefaya gedəcəyi, hakimiyyətin təhvil verəcəyi gözlənilmir.
15. Şimali və Cənubi Koreya arasında münasibətlərin istiləşməsinə şahidlik edəcəyik.
16. 2021-ci il Rəcəb Tayyib Ərdoğan Administrasiyası üçün sınaqlarla, çətinliklərlə dolu il olacaq. Xüsusən də ilin ilk yarısı hakimiyyətini qoruması Ərdoğan üçün çox çətin olacaq.
17. İl ərzində təbii fəlakətlərdən vulkan və zəlzələlər daha öndə gələcək.
18. Dünyada yeni güc mərkəzləri yaranacaq. Klassik siyasi ənənələri rədd edən yeni liderlər meydana gələcək.
19. Şimali Qafqazda, İranda və Hind Okeanı sahillərindəki ölkələrdə etnik münaqişələr kəskinləşəcək.
20. Koronavirus bəlası may ayından etibarən zəifləməyə doğru gedəcək.
21. Ukrayna-Rusiya münasibətləri ilin ilk rübündə (yanvar-mart) daha kəskin xarakter alacaq. Hazırda bu gərginlik var.
22. Qazaxıstanla Rusiya arasında hərbi münaqişə və ya hərbi müdaxilə olmayacaq.
23. Fələstinlə İsrail arasında sülhə doğru ilkin və böyük addımlar atılacaq.
24. İl ərzində Avstriya, Qafqaz, Çin, Yaponiya, Tailand, Sibir, İrlandiya, Polşa, İraq, İran, Əfqanıstan, Avstraliya və İsveçrə aktiv bölgələr olacaq.
25. Dünyada gəmiçilik, dəmiryolu daha çox inkişaf edəcək.
Facebook-da paylaş