Əli Nağıyev Armen Abazyanla görüşüb


 

Azərbaycan və Ermənistanın təhlükəsizlik xidmətləri rəisləri sərhəd bölgəsində bir araya gəldilər

"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə işgüzar görüş keçirib". Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi şənbə günü məlumat yayıb.

Şəffaflıq.az Musavat.com-un yaydığı xəbərə istinadən bildirir ki, görüş Ermənistanın Ararat (Vedi) bölgəsinin Yerasx icmasına bitişik bitərəf bir sərhəd zonasında baş verib. Naxçıvanla sərhəddə yerləşən Yerasx kəndinin qədim adı Arazdəyəndir.


 Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulub.

Ermənistan qaynaqlarının yaydıqları xəbərdə bildirilir ki, görüşdə məhbus mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycanın bəzi Telegram qaynaqları isə bildirir ki, görüşdə Naxçıvanın işğal altında olan Kərki kəndinin geri qaytarılması məsələləri də müzakirə olunub.

Azərbaycan DTX-sı əlavə məlumatlar yayan kimi, onu da təqdim edəcəyik. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}