Çin koronavirusun mənşəyinə dair məlumatları israrla gizlədir

 

Amerikanın «Associated Press» agentliyi iddia edir ki, Çin hakimiyyəti koronavirusun mənşəyinə aid informasiyaların yayılmasının qarşısını almağa cəhd edir. Bu versiya çərşənbə günü dərc olunmuş materialda irəli sürülür.

Şəffaflıq.az xarici mediya istinadən qeyd edir ki, onun jurnalistləri, o cümlədən, Çin Xalq Respublikasında (ÇXR) olan jurnalistləri Çindən və digər ölkələrdən olan onlarla tədqiqatçı ilə söhbət ediblər və mətbuata düşən elektron məktublarla, daxili məlumatlarla, sənədlərlə tanış olublar. Agentliyin versiyasına görə, Çin hökuməti koronavirusun mənşəyinə dair bütün tədqiqatlara sərt nəzarət edir, onların bəzilərinin qarşısını alır və onun mənbəyinin Çindən kənar olması barədə alternativ nəzəriyyələri aktiv şəkildə dəstəkləyir.

Materalda iddia edildiyi kimi, Çin hakimiyyəti xüsusilə, alimlərə və KİV əməkdaşlarına mane olmağa, yarasaların yuva saldığı mağaralara girişə mane olmaq cəhdi göstərir.

«AP»-in mənbələrinin versiyasına görə, Çində olan tədqiqatçı qrupun əldə etdiyi nümunələr «götürülüb». Materialda iddia edilir ki, Çində koronavrirus üzrə mütəxəssislərə KİV əməkdaşları ilə danışmamaq əmri verilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}