Şaxta baba qocalar evinə ziyarətə getdi, 18 nəfər öldü
Belçikada qocalar evinin 121 nəfər sakini və 36 işçisi Şaxta baba kostyumu geyinmiş şəxsin ziyarətindən sonra koronavirusa yoluxub.
Şəffaflıq.az “TRT Haber”-ə istinadən xəbər verir ki, xəstələnənlərdən 18-i həyatını itirib.
Səlahiyyətlilər virusun dəqiq mənbəyini təyin etmək üçün laboratoriya araşdırmalarının aparıldığını deyiblər.
Xəbəri paylaş
Facebook-da paylaş