Yaponiyada quş qripi yayılıb
Yaponiyanın Siqa əyalətində quş qripi aşkarlanıb.
Şəffaflıq.az “Kyodo” agentliyinə istinadən məlumat verir ki, bununla da bu il quş qripi aşkarlanan əyalətlərin sayı 10-a çatıb.
Yaponiya Kənd Təsərrüfatı, Meşə və Balıq Ovu Nazirliyi bu gün quş qripi probleminə həsr olunmuş iclas keçirib və Siqa əyalətinə quş qripi ilə mübarizədə dəstək veriləcəyini açıqlayıb.
Bundan əvvəl Kaqava, Miyadzaki, Nara, Fukuoka, Xyoqo, Oita, Xirosima, Vakayama və Okayama əyalətlərində quş qripi aşkarlanıb. Bununla əlaqədar 2,5 milyondan çox toyuq məhv edilib.
Xəbəri paylaş
Facebook-da paylaş