Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv xarakterlidir. Yağan qarın hündürlüyü Əlibəy (Zaqatala) və Lerikdə 39, Şahbuzda 35, ... Ətraflı »
Bəzi yerlərdə sulu qar, qar yağır - FAKTİKİ HAVA

Bakı-Sumqayıt qatarı sabah qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək

Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt-Bakı) qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək. Şəffaflıq.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Xatırladaq ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə ... Ətraflı »
Lənkəranda leysan yağışları daşqınlara səbəb olub

Lənkəran rayonunda dünən gecədən başlayan yağışlar daşqınlara səbəb olub. Şəffaflıq.az -ın məlumatına görə, leysan xarakterli yağış nəticəsində rayonun bəzi əraziləri daşqınlara məruz qalıb. Yağıntı əsasən Lənkəranın Masallı rayonuna yaxın kəndlərində müşahidə olunur. Hazırda rayon ərazisində ... Ətraflı »
Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək

Yanvarın 23-də, saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək. Şəffaflıq.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək ... Ətraflı »
Ötən il Azərbaycanda qeydiyyat üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 2025-ci il ərzində 360 min 233 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, onlardan 217 min 779-u birbaşa, 142 min 454-ü isə elektron qaydada müraciət ... Ətraflı »
Şiddətli geomaqnit qasırğası olacaq

Müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı Tac Kütlə Atılmalarının yanvarın 20-də Yerə çatacağı gözlənilir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Qeyd olunub ki, ... Ətraflı »
Azərbaycanda hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib

Nazirlər Kabineti 13 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda dəyişiklik edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan ... Ətraflı »
Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub

Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində olub. Şəffaflıq.az xəbər verir ki, Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn ... Ətraflı »
Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında deyilib. Bildirilib ki, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb. Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 ... Ətraflı »
Azərbaycanda 2025-ci ildə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1 556 şikayət daxil olub.

Azərbaycanda 2025-ci ildə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1 556 şikayət daxil olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında bildirilib. Məlumata görə, bunlardan 162 (11 %) müraciət üzrə intizam icraatı başlanılıb (10 ... Ətraflı »
{sape_links}{sape_article}








