ABŞ-da koronavirusa yoluxanların sayı 15 milyonu ötdü

 

ABŞ-da koronavirusa yoluxanların sayı 15 milyonu ötüb.

Şəffaflıq.az xəbər verir ki, son sutka ərzində ölkədə daha 94 359 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkə üzrə yoluxanların sayı 15 080 027-ə çatıb.

Son sutka ərzində isə 697 nəfər Covid-19-un qurbanı olub. Bu xəstəlikdən ölənlərin ümumi sayı isə 288 530-dur.

Qeyd edək ki, hazırda ABŞ-da 6 milyona yaxın aktiv Covid-19 xəstəsi var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}