Azərbaycan Ordusu Zod-Söyüdlü qızıl yatağına niyə girdi? - Politoloq DETALLARI AÇDI

 İşğaldan azad olunan ərazilərimizdə baş verənləri hamımız maraqla izləyirik. Media, xüsusən də əcnəbi və erməni mediasında, sosial şəbəkələrdə Ordumuzla bağlı yayılan xəbərlər, fotolar, videolar qürurvericidir.
Şəffaflıq.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Ordumuzun Zod-Söyüdlü qızıl mədənindən düşmənin işğalçı qüvvələrini çıxarmasını şərh edərkən deyib.
O bildirib ki, bu xəbərlər sülhməramlıların fəaliyyəti, ermənilərlə birgəyaşayışın perspektivləri yönündə nigarançılıq keçirən insanlarımızın suallarına da tutarlı cavabdır:
“Hamımıza maraqlıydı ki, Kəlbəcərdəki qızıl yataqları ilə bağlı problem necə həll olunacaq. Dünən biz işğaldan azad edilən Kəlbəcərdə Ordumuz tərəfindən demarkasiya işlərinin aparılmasıyla bağlı xəbərlərlə tanış olduq. Və bu xəbərləri erməni mediası yaydı. Reallıq odur ki, Azərbaycan Ordusunun qarşısında heç bir “sərhəd qapısı” bağlı qala bilməz. Xüsusən də o “qapı” bizim ərazimizdə qurulursa. Biz bunu 44 günlük Vətən müharibəsində Ordumuzun düşmənin çoxsaylı müdafiə xətlərini yarması fonunda da görmüşük və bir daha Kəlbəcərdə ermənilərin bizə məxsus torpaqlarda asdığı darvazanın taybatay açılmasıyla şahidi olduq. Azərbaycan qarış-qarış da olsa, özünün olan hər şeyi almaq qüdrətindədir və alır”.
Politoloq bildirib ki, düşmən Zod-Söyüdlü qızıl mədəni ərazisində özünə sərf edəcək yerdə bir qapı qoymuşdu:

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}