İranda karantin yenidən sərtləşdirilir

 

İranda karantin rejimi yenidən sərtləşdirilir. 

Şəffaflıq.az xarici mediaya istinadən bildirir ki, noyabrın 21-dən etibarən, paytaxt Tehran başda olmaqla, 31 əyalətin 25-də "məcburi" xarakter daşımayan bütün iş yerləri bağlanacaq. Çörək bişirmə sexləri, xalqın əsas qida ehtiyaclarını ödəyən mərkəzlər, eləcə də xəstəxanalar fəaliyyətini davam etdirəcək. Vəziyyətdən asılı olaraq iş yerlərində çalışanların sadəcə üçdə biri işə gedə biləcək.

25 əyalətə giriş-çıxışa da məhdudiyyətlər qoyulacaq. "Yüksək riskli" yerlərdə avtomobillər şəhər kənarına çıxa bilməyəcək, şəhərlərarası səyahət qadağan ediləcək.

Hərəkətə məhdudiyyət iki həftə ərzində hər gün saat 21.00-dan 04.00-a qədər müddəti əhatə edəcək.

Xatırladaq ki, İranda indiyədək koronavirusa 775 121 nəfər yoluxub. Onlardan 41 979 nəfər dünyasını dəyişib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}