Avropa İttifaqı Lukaşenkoya sanksiya tətbiq etdi


 

Prezident seçkilərində kütləvi saxtakarlıq 26 ildir Belarusa başçılıq edən Aleksandr Lukaşenkoya baha başa gəlir.


Avropa İttifaqı ona sanksiya tətbiq edib.

Şəffaflıq.az xəbər verir ki, siyahıda Lukaşenko ilə yanaşı daha 14 şəxsin adı yer alıb. Onların Avropadakı aktivləri dondurulub. Bundan başqa, sanksiyaya məruz qalanlar Avropa İttifaqının sərhədləri daxilinə buraxılmayacaq.

Siyahıda dövlət başçısının oğlu Viktorun da adı gözə dəyir.

Sanksiyaların ikinci paketi də hazırlanır. Burada daha 15 nəfərin adı yer alacaq. Avropa İttifaqından bildiriblər ki, Lukaşenko prezident seçkiləri ərəfəsində və bundan sonra ölkədəki repressiyalara görə birbaşa cavabdehdir.

İttifaqın xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrel sanksiyanı dövlət başçısının müxalifətlə dialoqa hazır olmamasıyla bağlayıb.

Avropa İttifaqında hesab edirlər ki, Lukaşenko Belarusdakı böhranın sülh yolu ilə həlli üçün çalışmayacaq.

Belarusda prezident seçkiləri avqustun 9-da baş tutmuşdu. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya mübarizədə qələbə qazandığını elan etmişdi. Mərkəzi Seçki Komissiyası isə Lukaşenkonu qalib saymışdı. Tixanovskaya təzyiqlərdən sonra ölkəni tərk etmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}