Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbərinə töhmət verilib, işdən azad oluna bilər - ƏLAVƏ OLUNUB
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri vəzifəsindən azad oluna bilər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib. Vurğulanıb ki, müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib. Bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb. "Report"un əldə etdiyi məlumata görə, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri Fəqan Məlikova işində yol verdiyi nöqsanlara görə töhmət verilib.
Facebook-da paylaş








