Avropa İttifaqı ölkələri Lukaşenkoya qarşı sanksiya qərarı verdilər

 

Şəffaflıq.az xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin nümayəndələri Belarus prezidenti Aleksandr Lukaşenkoya yönəlik sanksiya tətbiqini bəyəniblər. Bu barədə noyabrın 4-də Avropa ölkələrinin birinin Aİ Şurasındakı nüayəndəliyindəki mənbə xəbər verib.

«Səfirlər Lukaşenko da daxil olmaq şərtilə, hakimiyyət nümayəndələrinin yer aldığı yeni siyahını bəyəniblər» - mənbə bildirib.

Diplomatın sözlərinə görə, bu qərar yaxın günlərdə təsdiq edilmək üçün Avropa İttifaqı Şurasına təqdim olunacaq və Avropa İttifaqının rəsmi jurnalında dərc ediləcək. Bundan sonra qərar qüvvəyə minəcək.

Bundan başqa, «Azad Avropa» radiosunun jurnalisti Rikard Yozvak «Tvitter»də xəbər verib ki, Aİ səfirləri Lukaşenkonun aktivlərinin dondurulmasına, ona və daha 14 nəfər belarusa viza verilməsinə qadağa qyulması üçün yaşıl işıq yandırıblar. Onun sözlərinə görə, bu qərar məlum jurnalda dərc olunacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}