Sofiyada Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 7-ci iclasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək. Şəffaflıq.az Bolqarıstan KİV-lərinə istinadən məlumatına görə, komissiyanın iclası oktyabrın 31-də Sofiyada keçiriləcək. Komissiyanın həmsədrləri Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Bolqarıstanın energetika naziri Jeço Stankovdur.
Xəbəri paylaş
Facebook-da paylaş








