Bu il qanunsuz kömür istehsalı ilə bağlı 218 fakt qeydə alınıb
Bu ilin ötən dövründə ölkə ərazisində qanunsuz kömür istehsalı ilə bağlı ümumilikdə 218 fakt qeydə alınıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Tədbirlər zamanı Quba rayonu üzrə 40, İsmayıllı və Qəbələ rayonları üzrə hər birində 38, Qax rayonu üzrə 31, Göygöl rayonu üzrə 30, Oğuz rayonu üzrə 10, Masallı rayonu üzrə 8, Şəki rayonu üzrə 7, Ağsu rayonu üzrə 6, Zaqatala rayonu üzrə 4, Cəlilabad və Lerik rayonları üzrə hər birində 2, Astara və Balakən rayonları üzrə isə hər birində 1 fakt aşkar olunub. Ümumilikdə, qanunsuz kömür istehsalı ilə bağlı aşkar edilmiş faktlar üzrə 66 min 600 manat məbləğində cərimə tətbiq olunub, kömür quyuları isə ləğv edilib. Şəffaflıq.az
Facebook-da paylaş








