Almaniya daxili işlər nazirliyi polislərin içində nasistlərin olduğunu etiraf etdi

 

Almaniyanın daxili işlər naziri Hörst Zeehofer güc strukturları içərisində radikal ekstremistlərin mövcudluğunu etiraf edib.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Deutsche Welle” portalı məlumat yayıb.

Nazir buna rəğmən hüquq-mühafizə orqanlarının 99 faizinin hələ də dövlətə və onun qanunlarına sadiq olduğunu vurğulayıb. Bununla bağlı Federal konstitusiyanı mühafizə xidmətinin rəhbəri Tomas Haldevanqla birlikdə hesabat hazırlanıb.

Sənəddə 2017-2020-ci illərdə təhlükəsizlik orqanlarında ekstremistlərlə əlaqəsi olmasından şübhə edilən 377 polisin, 1064 hərbi kəşfiyyatçının ifşa edildiyi qeyd olunub.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə Almaniyada Adolf Hitlerin fotolarını üzərində gəzdirən, radikal çağırışlar yayan onlarla polis xidmətdən kənarlaşdırılıb.

2018-ci ildə isə Almaniya ordusunun “KSK” adlı elitar bölüyünün 200 zabitinin məxfi nenonasist birlik qurduğu ortaya çıxarılmışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}