“Bəşəriyyət pandemiya sınağından üzüağ çıxa bilmədi” - BMT Baş katibi

 

“COVID-19 ilə bağlı pandemiya açıq-aydın beynəlxalq əməkdaşlıq üçün sınaqdır və biz bundan üzü ağ çıxa bilmədik”.

Şəffaflıq.az RT-yə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının virusla bağlı vəziyyət üzrə iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, virus artıq dünyada 1 milyona yaxın insanı öldürüb və 30 milyondan çox insan virusa yoluxub.
“O, nəzarətdən çıxıb”, - Baş katib söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 24-nə olan məlumatına görə, dünyada ümumilikdə 31 664 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 972 221 nəfər virusun qurbanı olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}