Daha bir Avropa ölkəsi əlavə karantin planlaşdırır

 

İsveç hökuməti Stokholmda pisləşən epidemioloji vəziyyətlə əlaqədar əlavə karantin tədbirləri görməyi planlaşdırır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb. Son bir neçə həftədə Stokholmda bütün yaş qruplarında koronavirus infeksiyasına yoluxmada artım müşahidə olunur. Bu səbəbdən hökumət yoluxma tempini aşağı salmaq üçün əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etmək istəyir.

Qeyd edək ki, İsveç iqtisadiyyatını inkişaf etdirmək üçün karantini ləğv etmişdi. İqtisadiyyat inkişaf etsə də, burada infeksiyadan ölüm halı digər Avrozona ölkələri ilə müqayisədə kəskin artıb.
шаблоны для dle 11.2


Facebook-da paylaş