Avropa ölkəsi 1500 miqrant qəbul edəcək

 

Pandemiya Avropaya üz tutan miqrantların da işini çətinləşdirib. Köhnə qitə dünyada yaranan mənzərə ilə əcnəbilərin gəlişinin qarşısını ala bilib.


Buna baxmayaraq, Almaniya 1500 miqrantı qəbul etmək qərarı verib.

Şəffaflıq.az xəbər verir ki, Angela Merkel hökuməti Yunanıstanın Lesbos adasındakı qaçqın düşərgəsində yanğına məruz qalanlara jest etmək fikrinə düşüb. Almaniya orada məskunlaşan uşaqlı ailələri qəbul edir. Merkel bu məsələni Daxili işlər naziri Xorst Zeexoferlə razılaşdırıb.

Lesbos adasındakı Moria düşərgəsi bir həftə əvvəl tamamilə yanıb sıradan çıxmışdı. Yerli hökumətin fikrincə, yanğını məhz miqrantlar törədib.

Yunanlar miqrantların təcrid siyasətinə bu yolla etiraz etdiyini düşünür. Yanğından sonra gəlmələr adaya səpələnərək qarışıqlıq yaratmışdı. Həmin düşərgədə 13 min miqrantın yalnız bir neçə yüzü məskunlaşmışdı.

Almaniya hökuməti bir müddət əvvəl 150 valideynsiz miqrantı qəbul etməyə razı olmuşdu. Aksiyaya Fransa, Niderland və Norveç də qoşulmuşdu.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}