Lukaşenko güc strukturlarından onu satmamağı xahiş etdi

 

Belarusda son prezident seçkilərindən bir aydan çox vaxt keçib. Mərkəzi Seçki Komissiyasının qalib elan etdiyi Aleksandr Lukaşenko etirazlara baxmayaraq, postunu tərk etmək fikrində deyil.


Şəffaflıq.az xəbər verir ki, “Batka” güc strukturlarından onu satmamağı xahiş edib. Onun prokurorluğun şəxsi heyəti ilə görüşünün videoyazısı yayılıb. Lukaşenko sona qədər Belarusu müdafiə edəcəyini deyib: “Yanımda dayanmaq istəyirsinizsə, dayanın. İstəmirsinizsə, satmayın”.

1994-cü ildən Belarusa başçılıq edən siyasətçi yenə hakimiyyəti təhvil verməyəcəyini dilə gətirib: “Xalq mənə hakimiyyəti ona görə etibar etməyib ki, hər şeyi bir anda tullayıb gedim. Ölkə 90-cı illərin çirkabına yuvarlana bilməz”.


O, prokurorluq işçilərini nəinki etiraz aksiyalarının iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verməyə çağırıb, həm də mümkün qədər sərt davranmaq tövsiyəsini çatdırıb.


Belarus Mərkəzi Seçki Komissiyası Lukaşenkonun ümumi səslərin 80.1, onun rəqibi Svetlana Tixanovskayanın isə 10.12 faizini topladığını açıqlamışdı. Seçki günündən – avqustun 9-dan bütün ölkəboyu saxtakarlığa qarşı etiraz aksiyaları keçirilir. Aksiyalarda 5 nəfər həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}