Dünyada koronavirusa yoluxma sayı 27 milyonu keçib

 

Koronavirus pandemiyası zamanı dünyada 27 milyondan çox insanda infeksiyaya yoluxma öz təsdiqini tapıb. İndiyədək 27 060 255 nəfər bu virusa yoluxub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatlar “Worldometers” portalında dərc olunub.

Həmçinin 19,2 milyona yaxın koronaviruslu xəstə müalicə olunaraq sağalıb. Bundan əlavə, 883 618 planet sakini bu xəstəliyin qurbanı olub.

Hazırda 7 016 597 aktiv virus daşıyıcısı var ki, onların da  60 709-nun vəziyyəti ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}