Ermənilər onlarla iranlını aldadaraq yüz minlərlə dolları mənimsəyib

 

Ermənistandan olan cinayətkar qruplaşma üzvləri İran vətəndaşlarını Avropaya göndərmək adı ilə aldadaraq onlardan 300 min ABŞ dolları alıb.


Bu barədə Şəffaflıq.az “Report”-a istinadən xəbər verir.

Ermənistan polisinin mətbuat xidmətinin açıqlamasına görə, İranın iki vətəndaşı Avropa ölkələrinə göndərilmə bəhanəsi ilə İslam Respublikasının 50 vətəndaşını aldadaraq Ermənistana gətirib. Cinayətkar qruplaşmanın Ermənistan vətəndaşı olan başqa üzvləri onları burada qarşılayıblar.

Ermənilər İran vətəndaşlarına özlərini hüquq-mühafizə orqanlarının və diplomatik xidmətin əməkdaşları kimi təqdim ediblər. İlkin məlumatlara görə, cinayətkarlar İran vətəndaşlarından Avropaya göndərilmə üçün 300 min ABŞ dolları alıblar.

Qruplaşma üzvləri sonra İran vətəndaşlarının bir hissəsini Avropaya diplomatik nümayəndəliklər vasitəsilə göndəriləcəyini vəd edərək Gürcüstana və digər ölkəyə aparıblar. Vəd yerinə yetirilməyib və İran vətəndaşları yenidən Ermənistana qayıdaraq, pasportlarını alıblar. Eyni zamanda İran vətəndaşlarının Avropaya gedişi müxtəlif bəhanələrlə təxirə salınıb.

Hüquq-mühafizə orqanları cinayətkar qruplaşmanın bir neçə üzvünü aşkarlayıb. Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}