"Şadam ki, Azərbaycana gəlmişəm".-Azərbaycanla əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir.

 "Azərbaycanla əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir”.
Şəffaflıq.az-ın məlumatına görə, bunu Prezident Salome Zurabişvili fevralın 27-də Azərbaycan Gürcüstan prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.
"Şadam ki, Azərbaycana gəlmişəm. Bu, mənim regionda birinci səfərimdir. Bizim qonşu və dost ölkə Azərbaycanda olmaqdan məmnunluq duyuram. Bizim əməkdaşlığımız bizim üçün çox əhəmiyyətlidir. İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir. Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq. Bunlar bizim dövlət quruculuğumuza təsir etdi. Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır. Şadam ki, buradayam. Çünki bizim həm keçmiş, həm də gələcək haqqında çox söhbətlərimiz var. Bizim regionumuz çox böyük perspektivlərə malikdir", – deyə dövlət başçısı qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}