Son 4 ayda Çində koronavirusa ən yüksək yoluxma halı qeydə alınıb

 

Koronavirusun ilkin mənbəyi olan Çində xaricdən qaynaqlanmayan gündəlik yoluxma sayı 57-yə yüksəlib. Ümumilikdə son sutkada ölkədə 61 nəfər COVID-19-a yoluxub.

Şəffaflıq.az “Euronews”a istinadən xəbər verir ki, bu göstərici son zamanlar ölkə daxilindən qaynaqlanan ən yüksək yoluxma sayıdır.


Məlumata görə, analoji ən yüksək yoluxma sayı martın 6-da qeydə alınıb və həmin rəqəm 75 nəfər təşkil edib.


Bildirilib ki, Şərqi Türküstanda yerləşən Sincan Uyğur Muxtar Rayonunda qeydə alınmış gündəlik yoluxma hallarının sayı az qala iki dəfə artaraq 41-ə yüksəlib.


Rəsmi məlumata görə, ölkədə indiyədək 83 891 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 4 634 nəfər virusdan ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}