Dövlət agentliyi işçi qəbuluna başladı

 

Bakı Nəqliyyat Agentliyi (BNA) Mərkəzləşdirilmiş Vahid Distpeçer Xidmətinə Distpeçer (kiçik mütəxəssis, mütəxəssis) vəzifəsi üzrə işə qəbulla bağlı müsabiqə elan edib.

BNA-dan verilən məlumatda bildirilir ki, özünü ictimai nəqliyyatın idarə edilməsi sahəsində fəaliyyət göstərən peşəkar, dinamik və daim inkişaf edən komandanın bir üzvü kimi görmək istəyən şəxslər müraciət edə bilərlər: "Müraciətlər 27 iyul tarixindən qəbul olunacaq. Namizədlər öz dolğun CV (kadr-uçot vərəqi, tərcümeyi-hal) məlumatlarını [email protected] email ünvanına mövzu yerinə “Distpeçer” yazaraq göndərə bilərlər.

İşə qəbul əmək qanunvericiliyinin tələblərinə uyğun təşkil olunacaq. Müsabiqəni uğurla keçən namizədlər əmək bazarına rəqabatli əmək haqqı, karyera inkişafı, bilik, bacarıq və ixtisasını daha da inkişaf etdirə biləcək sağlam iş rəqabətli mühitilə təmin olunacaq.


Şəffaflıq.az

Müsabiqəyə çıxarılan vəzifələrə dair tələblər və vəzifə funksiyaları barədə məlumatlarla Bakı Nəqliyyat Agentliyinin www.bna.az rəsmi internet səhifəsində tanış ola bilərlər".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}