Bir-birimizə həmişə dəstək olaq

 

Əziz dostlar! 

Azərbaycan Taekvondo Federassiyasının Qəbələ rayonu üzrə məşqçi müəllimi Xəyal müəllimin övladı - Əzizov Vasif Xəyal oğlu koma vəziyyətindədir. Odur ki, imkanı olan şəxslərdən xahiş edirəm Xəyal müəllimə yardımçı olasınız.  

Onun Whatsapp nömrəsi 050-388-66-62, telefon nömrəsi isə 077-388-66-62-dir.
                          
Bu gənc idmançı kiçik yaşlarından Taekvondo idman növü ilə məşğul olur. Ölkədaxili yarışlarda iştirak edib. Bu il Mayin 22-də stadionda idmanla məşğul olarkən başına dəmir qapı dirəyi aşması nəticəsində güclü travma alaraq koma vəziyyətinə düşmüşdür.

Hal-hazırda o, ağır kəllə-beyin zədəsi ilə Bakı şəhərinin Əhmədli qəsəbəsində yerləşən Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmiş və təxirəsalınmaz əməliyyata götürülmüşdür. 

Əldə etdiyimiz məlumata görə o, altı saatlıq ağır əməliyyatdan sonra həmin xəstəxananin reanimasiya şöbəsinə köçürülüb.

Əlavə məlumat üçün bildirirəm ki, o, 20 gün koma vəziyyətində olmuşdur. Bir ay sonra isə azacıq reaksiyaları olmuşdur. Sonra kəskin qaytarma nəticəsində ağ ciyərində problem meydana çıxmışdır. Onun qan təzyiqi kəskin düşmüş və vəziyyəti yenidən ağırlaşmışdır. Həkimlərin səyi nəticəsində vəziyyəti nisbətən stabilləşdirilmişdir. 

Vasif Əzizov bu günə qədər həmin xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. Süni tənəffüs aparatı ilə nəfəs alır. Hələ də vəziyyəti ağır qiymətləndirilir. Gündəlik müalicə xərclərinə 180-200 manat pul sərf olunur. 

İmkanı olanlardan xahiş edirəm ki, belə idmançılarımıza hərtərəfli dəstək olsunlar. 

Alxas Məmmədov

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}