Husnan Bey Fanani, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olublar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin-dən Şəffaflıq.aza verilən məlumatda bildirilir ki,
 ADPU-da İndoneziyanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüş keçirilib Fevralın 14-də İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri professor Husnan Bey Fanani, birinci katib Angraeini Vidiastuti Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olublar. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova iştirak ediblər. Görüşdə rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi və strukturu haqqında məlumat verib. Görüşdə İndoneziya ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları da müzakirə edilib.
 Ölkəmizdəki fəaliyyətindən, İndoneziyada pedaqoji sahədə fəaliyyət göstərən universitetlərlə əlaqələrin qurulmasında maraqlı olduqlarından, hər il azərbaycanlı tələbələr üçün İndoneziya hökuməti tərəfindən təsis olunan 10 təqaüd proqramından bəhs edən səfir göstərilən diqqətə görə rəhbərliyə təşəkkür edərək növbəti dəfə ADPU-nun tələbələri ilə görüşmək istədiyini bildirib.

 
Əliqasım Məmmədov ADPU II kurs tələbəs.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}