Koronavirus təslim olmur: kurort bölgədə evdən çıxmamaq tövsiyə edilir

 

Koronavirusun ikinci dalğası milyonlarla avropalı üçün real təhlükəyə çevrilib. İspaniyanın kurort bölgələrindən olan Kataloniyada karantin qaydalarını sərtləşdirməli olublar.


Şəffaflıq.az xəbər verir ki, Barselonada evdən çıxmamaq tövsiyə edilir. Kataloniya hökuməti qarşıdakı 15 gün ərzində qaydalara ciddi əməl etməyin vacibliyin bildirib. Sakinlərə bir yerdə 10 nəfərdən çox toplaşmamaq və şəhərkənarı evlərə baş çəkməmək məsləhət görülüb. Hökumət nümayəndəsi Meriçel Budo deyib ki, infeksiyanın bütün bölgəyə yayılması hamıdan asılıdır.

Kataloniya səhiyyə departamentinin rəhbəri Alba Verqes isə fikrini belə ifadə edib: “İnsanlar koronavirusa yoluxur. Bu, xüsusilə ictimai tədbirlər və ya ailə yığıncaqları zamanı baş verir. Buna görə də sosial fəallığı azaltmalıyıq”.

Kataloniya hökuməti karantin qaydalarına məhz indi ciddi əməl edildiyi halda yaxşı nəticə qazanmaq ehtimalına inanır.

İspaniyada iyulun əvvəllərində vəziyyətin yaxşılaşması müşahidə edilsə də, son günlər açıqlanan rəqəmlər nikbinliyə əsas vermir. Dünən 1361 nəfər infeksiyaya yoluxub. İspaniyada ümumi say 300 mini keçib. Pasiyentlərin 28.4 mini həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}