Nepalda torpaq sürşməsi: 24 nəfər ölüb, 23 nəfər itkin düşüb

 

Nepalın Qandaki əyalətində leysan yağışlardan sonra əmələ gələn torpaq sürüşməsi nəticəsində 24 nəfər ölüb, 23 nəfər itkin düşüb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri bildirib.

Bildirilib ki, iyulun 9-u və 10-da ölkənin 4 əyalətində yağışlar nəticəsində torpaq sürüşməsi meydana gəlib. Qandakidə təbii fəlakət nəticəsində 13 nəfər ölüb, bir neçə yüz insan yaralanıb, 34 nəfər itkin düşüb. Daha çox əyalətin Myaqdi rayonuna ziyan dəyib. Yerli sakinlər bu rayonda torpaq altından 11 nəfərin meyitini çıxarıb. 23 nəfər hələ dəmtapılmır. Myaqdidə torpaq altında 40-a yaxın ev, 400-də çox insan qalıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}