“Hər ikisi lüt idi, qızın əlində bıçaq yalvarırdı ki…” – Sevgilisini bıçaqlayan qızın cinayəti (Təfərrüat)

 Oteldə özündən 8 yaş kiçik sevgilisini öldürməkdə ittiham edilən qadın hakim qarşısına çıxarılıb.
Şəffaflıq.az Minval.infoya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Günel Hüseynova sevgilisini onunla evlənmədiyi üçün öldürüb.
Belə ki, Vüqar Atakişiyev G.Hüseynova ilə sevgi münasibətində olub. Sonra isə onunla evlənməyəcəyini dediyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı G.Hüseynova Vüqarı qətlə yetirib.
Elan olunmuş ittihamla G.Hüseynova özünü qismən təqsirli bilib.
Məhkəmənin davamında şahidlər ifadə verib. İlk şahid polis mayoru Müşviq Cabbarov olub.
Cabbarov deyib ki, hadisə günü ərazinin sahə inspektoru olub və hadisə yerinə ilk gedən şəxslərdən olub.
“Mən hadisə yerinə gedəndə hər tərəf qan içində idi. Şüşələr sınmışdı. Oğlan ağır vəziyyətdə idi, qadın isə həddindən artıq qorxurdu. “Ana” deyərək qışqırırdı”-deyən polis mayoru sualları cavablandırıb.
Suallara cavabında Müşfiq Cabbarov bildirib ki, hadisədən sonra G. Hüseynova Vüqar Atakişiyevi niyə öldürdüyünü danışıb:
“Dedi ki, Vüqarı bacısı vasitəsilə tanıyıb və sevgili olublar. Ancaq sonradan oğlan onun bakirəliyini pozub. Qız da ona deyib ki, məni al, oğlan isə imtina edib. Oğlan başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb. Orda da oğlanı çox sevdiyini deyirdi. Günelin mənə dediyinə görə, mərhuma başqası ilə evlənsən də, yenə görüşməyi təklif edib. Amma oğlan yenə də razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə cinsi münasibətdə olduqdan sonra oğlanı qətlə yetirib”.
Məhkəmənin davamında hadisənin əsas şahidi olan polis əməkdaşı Ülvi Mirzəzadə də məhkəmədə dindirilib.
Şahid bildirib ki, otaqdan qışqırtı səsləri gələn zaman oraya yaxınlaşıb. Otağın qapısını sındırıb və içəri daxil olub.
“Qapıdan içəri girəndə hər ikisini çılpaq vəziyyətdə gördüm. Oğlan da qan içində idi. Qızın əlində bıçaq gördüm. Oğlana vurmasa da qeyri-ixtiyarı bıçağı hərəkət etdirirdi”- deyən şahid bildirib ki, Günel mərhuma 33 bıçaq vurub.
Polis əməkdaşı əlavə edib ki, həmin zaman Günel şokda olub: “Məni eşitmirdi. Qışqırdım, sonra bıçağı yerə atdı. Əynini geyindi və bizə yalvarırdı ki, onu ölməyə qoymayaq. Vüqarı sevdiyini deyirdi”.
Məhkəmə prosesi davam etdirilir.
Qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonundakı “Qrand” oteldə baş verib.
Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi otelin ikinci mərtəbəsində bıçaqlayıb.
Məlumata görə, onlar oteldə otaq kirayələyiblər. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub.
V.Atakişiyev hadisə yerində dünyasını dəyişib.
G.Hüseynovaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}