Fransada koronavirusdan daha 24 nəfər ölüb

 

Fransada ötən sutka ərzində yeni növ koronavirusdan daha 24 nəfər ölüb.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 29 398 nəfər çatıb.

Bildirilir ki, ötən sutka ərzində 526 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 156 813 nəfər təşkil edir.

Qeyd edilir ki, koronavirusa yoluxanlardan təxminən 73 min nəfəri sağalıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}